Dram filmində hadisələr 50-ci illərin Nyu-Yorkunda baş verir. Filmin adı müəyyənləşməyib, lakin çəkilişlər payızda başlayacaq. Keyt Uinslet və Castin Timberleykdən başqa filmdə Cuno Templ və Ceyms Beluşi iştirak edəcək. 80 yaşlı Allen üçün bu, rejissoru olduğu 47-ci film olacaq. Bu il bizi onun Amazon üçün çəkdiyi ilk serial da gözləyir.

Qeyd edək ki, Timberleyk "Sosial şəbəkə", "Alfa İt", "Geriyə açıq yol", "Çox pis müəllimə", "Dostsayağı seks", "Zaman", "Fırladılmış top" və başqa filmlərdə çəkilib.