Nəşrin ekspertləri aktyor haqqında bunları deyiblər: "Sağ qalmış" demək olar ki, bir aktyorun filmidir, ancaq o, bütün dünyada 532 milyon dollar toplayıb. Bu isə 41 yaşlı Di Kaprionun sayəsində baş verib". Onlar əlavə ediblər ki, aktyor ekoloji problemlərə xüsusi diqqət ayıraraq, mesenat kimi çoxlu işlər görür. Yeri gəlmişkən, o, The Hollywood Reporter-in onluğunda yeganə aktyordur. Birinci yeri Walt Disney Pictures şirkətinin direktorlar şurasının rəhbəri 65 yaşlı Bob Ayqer tutub.

İkinci yeri 3 iş adamı tutub. Bunlar mediamaqnat və 21st Century Fox studiyasının həmsədri Rupert Merdok və onun iki oğlu Lahlan və Ceymsdir. Üçüncü yeri CBS Corp. mediaholdinqinin rəhbəri Lesi Munvs tutub.

Ümumilikdə reytinqə 100 adam daxil olub. Onların arasında rejissorlar Stiven Spilberq, Ceyms Kemeron və Martin Skorsese, aparıcı Opra Uinfri, aktrisa Cennifer Lourens və aktyorlar Bred Pitt və Robert Dauni var.