Mariya Qratsiya Kyuri və Pyerpaolo Piççoli incəsənətə xüsusi diqqətlə yanaşırlar, onların hər bir kolleksiyası dizayner tandeminə daha çox təsir edən sərgi və rəsmlərə sanki vizual bələdçidir. Kişi obrazları Metropoliten muzeyindəki "Sona çatdırılmamış: iz qoyan fikirlər" (Unfinished: Thoughts Left Visible) ekspozisiyasından ilhamlanaraq hazırlanıb. Burada Rembrandtdan Robert Rauşenberqə qədər müxtəlif səbəblərə görə sona çatdırılmamış işlər təqdim edilib. Biz bu sərgidən aldığımız təsirin təəssüratı altındayıq. Buradakı rəsmlər rəssam və izləyici arasında dialoqla insan prosesini görməyə imkan verir", - deyə Piççoli bildirib. Rəssamlardan başqa yeni kolleksiyada dizaynerlər hərbi və iş uniformasının estetikasına müraciət edirlər.
Əsas rəng - xakidir, mərkəzi naxış - kamuflyajdır, dekor olaraq trenç, kombinezon və bomberlərdə naxışlar istifadə edilib.