Bu qidalar prostat xəstəliyindən qoruyur

Prostat xəstəliyində artıq cavanlaşma gedir. Bu problem insanların az gəzib, çox oturmaları nəticəsində baş verir. Artıq 35 yaşından insanalar prostat vəzinin sağlamlığı haqqında düşünməlidirlər. Bunlarla bərabər qidalara da xüsusi  diqqət edilməlidir.

1. Qoz

Əsasən braziliya və yunan qozunun tərkibi bolluca sink elementi ilə zəngindir. Bu da kişi orqanimzi üçün çox əhəmiyyətlidir. Həmçinin, çiy balqabaq tumu yemək də faydalıdır.

2. Yaşıl çay

Tünd olmayan yaşıl çay antioksidantla zəngindir. Orqanizmdəki bütün bütün infeksiyalara təsir edir və prostat xərçənginin qarşısını alır.

3. Sarıkök

Sarıkök təbii antibiotik kimi orqanizmdə möhkəm immunitetin yaramasına səbəb olur. Sarıkökü yeməkdə və süd dəmləməsi şəklində içmək olar.

4. Brokkoli və pomidor

Bu cütlük prostat vəzinin sağlamlığı üçün keyfiyyətli qidalardan sayıyılır. Daim rasiondan çıxarılmaması tövsiyyə olunur. Əsasən mövüsümündə yemək daha faydalıdır. Bu problemi yaşayanlar daim yeyə bilməsələr də 3 gündə bir dəfə yemələri məsləhətdir.

5.  Nar

Nar qanda xolesterinin aşağı düşməsinə çox yaxşı təsir edərək, qan dövranını aşağı salır. Həmçinin, qanın bədənə düzgün paylanmasına kömək edir. Narın tərkibindəki antioksidantlar prostat xərçənginin qarşını almağa yardımçı olur. Kişi orqanizminin sağlam qalması üçün ən ideal meyvələrdən biri nar hesab olunur.

Bu qidalar insanları xəstəliklərdən qoruyacaq. Yetər ki, adları sadalanılan məhsulların QMO, süni olmammasına diqqət edilsin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.