“iPhone” istifadəçilərin 80 faizi “iPhone 7” alacaq

ABŞ-ın "Apple" korporasiyası dünya mobil cihazlar bazarında liderliyini davam etdirir.

"Insurance2Go" şirkəti tədqiqat apararaq min nəfərdən artıq "iPhone" istifadəçisi arasında sorğu keçirib.

Əldə olunmuş məlumatlara görə, rəyi soruşulan 10 nəfərdən səkkizi yenidən yeni nəsil "iPhone" almaq niyyətindədir. Bununla belə, rəyi öyrənilənlərin 50 faizi "iPhone 7" smartfonunu satışa çıxandan dərhal sonra əldə etmək fikrindədirlər.

Qeyd edək ki, "Apple" smartfonları istifadəçilərinin yalnız 10 faizi "Android" platformasında olan cihaz əldə etmək istəyir.

Şərhini yaz