“Nissan” pilotsuz avtomobil bazarına girir

Yaponiyanın "Nissan Motor" şirkəti bu ilin avqustunda "Serena" minivenlərini (kiçik furqon) satışa çıxarmağa hazırlaşır.

Avtomobilin əvvəlcə yapon bazarına çıxarılacağı gözlənilir.
"Nissan Serena" avtonom "ProPilot" kompleks idarəetmə sisteminə malikdir. Lakin onu tam avtopilot adlandırmaq olmaz. "ProPliot" sayəsində avtomobil yalnız magistral yollarda, seçilmiş zolaq üzrə müstəqil hərəkət edə bilər. Lakin döngələrdə və ya başqa zolağa keçmək lazım gəldikdə, sürücüyə ehtiyac duyulur. "ProPilot" bir növ adaptasiya olunmuş kruiz-nəzarət funksiyasıdır.
Avtomobilin qiyməti 28 min dollar olacaq.
"Serena" modeli "Nissan" üçün pilotsuz avtomobil bazarına giriş üçün ilk addımdır. 2017-ci ilin sonuna qədər konsernin pilotsuz "Qashqai" buraxmağa hazırlaşdığı barədə söz-söhbət yayılıb. 2018-ci ilin sonuna qədər isə yaponlar "ProPilot"a tam avtonom idarəetməni öyrədərək bu sahədə "Tesla" ilə rəqabətə girmək niyyətindədir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.