Bardem artıq Universal studiyası ilə danışıqlara başlayıb. Bildirilir ki, aktyor həm professor Viktor Frankenşteyni, həm də bədheybətin özünü oynaya bilər. Çəkilişlərin başlama müddəti barədə məlumat verilmir. Filmlər "Universal" şirkətinin klassik kino bədheybətlərinə həsr olunmuş yeni franşizasına daxil olacaq.

Qeyd edək ki, bundan öncə "Universal" Xavyer Bardemə Tom Kruzun iştirakı ilə "Mumiya" filmində doktor Cekill rolunu təklif etmişdi, lakin aktyor bu roldan imtina etdi.