Layihənin çəkilişləri dekabr ayında Milanda başlayacaq. Daha sonra çəkiliş komandası Versacenin doğulduğu İtaliyanın Reco-Kalabriya şəhərinə və oradan 1997-ci ildə dizaynerin qətlə yetirildiyi Mayami şəhərinə yola düşəcək. Məlumata görə, ekran işinin ssenarisi Versace ailəsi ilə təsdiqlənməyib.

Qeyd edək ki, Antonio Banderas ötən il Londonun "Central Saint Martins" dizayner məktəbinə daxil olub. Aktyorun kişilər üçün ilk kolleksiyası ilin sonunda işıq üzü görəcək.