Gün eynəyini özünüzə necə uyğunlaşdırmalısınız?

Əgər gün eynəyini taxdığınızda o, sizi daha da cəbedici göstərirsə, eyni zamanda geyimə uyğun düzgün seçilməyən gün eynəkləri sizin stilinizi tam olaraq yerə vura bilər. Bu barədə qadınlar üçün həddindən çox xəbər seçimləri var. Bəs biz kişilər bu barədə məlumat alacağımız yer varmı? Bunu bu dəfə biz sizə təqdim edəcəyik.

Gün eynəyi seçəndə mütləq diqqət yetirməli olduğumuz bir neçə nüans var. Geyim stili (sport, klassik və ya casual), saç kəsimi və üz cizgisi. Yumru sifət insanlar qəti şəkildə dairəvi gün eynəklərindən istifadə etməməlidir. Oval görünüşlü sifətə məxsus olan insanlar isə qəti şəkildə düzbucaqlı və nazik kəsim olan eynəklərdən istifadə etməməlidir. Bundan sonra isə sizə qalan eynəkləri gözünüzə taxmaq və yaraşıb yaraşmayanı seçməkdir.

Şərhini yaz