Kişilər üçün yay aksessuarları

Yay – dəniz deməkdir, yay istirahət demekədir. Yay fəslindən gözəl nə ola bilərki? Sadəcə yay gələndə əsas qarderob problemi ilə üzləşirik. Qarderobu yeniləmək hər bir kişiyə lazımdır. Biz kişilər qarderob dəyişməyi o qədər də sevmirik. Bunun üçün də yay ayı üçün müəyyən aksessuarlar seçib əldə etməliyik ki, bütün obrazlarımız həmin aksessuarlarımız uyğun gəlsin.

İyun ayından başlayaraq avqust ayının sonuna qədər biz istənilən rəngə üstünlük verə bilərik. Əgər söhbət aksessuarlardan gedirsə bu iş daha da rəngarəng olmalıdır. Kəmər, corab və qol aksessuarları digər aylarda olduğu kimi mütləq şəkildə qara və ya qəhvəyi rəngdə olmalı deyil. Yay aylarında qırmızı, bənövşəyi, yaşıl rənglərə daha çox üstünlük verin. Dəri materiallardan yay aylarında uzaq durun. Bu həm yorucu görsənəcək, həm də sizi isti aylarda çox sıxacaq. O ki, qaldı əl çantalarına bunlar adi hər zaman işlətdiyiniz rənglərdə ola bilər. Amma üzərində dənizə və ya yay ayına aid hər hansı bir şəkil olarsa bu sizin geyim obrazınızı tam olaraq tamamlayacaq.
Gün eynəkləri seçimində isə bunları deyə bilərik ki, bu seçimdə azadsınız. Çünki gün eynəkləri adətən yayı özündə tərənnüm edir. Əsas odur ki, gün eynəkləri üz formanıza yaraşan olsun.

Şərhini yaz