Yeni kolleksiyada Kim Cons 1995-ci ildə çıxan Nike Air Zoom LWP idman ayaqqabılarının ölçülərini nümunə götürüb, eləcə də kiçik qadın və kişi geyimi kolleksiyası hazırlayıb. Hər bir əşya üçün səyahətə tez hazırlaşmağa görə rahat qablaşdırma üsulu hazırlanıb. "Ayaqqabını ideal etmək üçün çoxlu sayda cəhdlər tələb olunur. Mən yaratdığım əşya ilə qürur duyuram, bu, mənim üçün böyük şərəfdir" - deyə, Cons qeyd edib.

NikeLab x Kim Jones kolleksiyası iyulun 23-də saytda, eləcə də Nike brendinin seçilmiş mağazalarında satışa çıxarılacaq.