20 yaşlılar üçün press yığma qaydaları

Gözəl pressə sahib olmanın ən yaxşı yolu sizin yaşınızdan keçir. Əgər siz 20 yaşlılar kateqoriyasına aidsinizsə bu zaman çox bəxtəvərsiniz. Çünki bu yaşlarda nəticəni görmək daha asandır. İlkin olaraq onu bildirək ki, testosteronu artırın. Onsuzda testosteron səviyyəsi bu yaşlardadaha yüksək olur. Amma daha da yüksəldərək qarın yağlarını əridə bilərsiniz. Mərkəz bölgənizi yaxşılaşdırmaq üçün deadlift hərəkətinə daha çox üstünlük verin. Eyni zamanda çalışın yağsız ət yeyin.

Bu yaşlarda maddələr mübadiləsi də çox yaxşı gedir. Ona görə də istədiyiniz nəticəyə tez sahib olmaq üçün siz yenə də bir addım öndəsiniz. Ən yaxşı seçim touq yeməyinizdir. Amma yağlı bud yerinə təravətli döş əti hissəsini yesəniz daha yaxşı olardı.

10 həftə ərzində yalnız təzə qidalardan istifadə et. Axşamdan qalan qidalar və ya fasd food yeyilməsi məsləhət deyil. Çalışın hazırlanan qidalar buxarda bişmiş olsun. Qızartmalardan uzaq olun.

Məşqçi Coel Fulton demişdir ki, əgər idmanı vaxtında etsəniz və ən əsası düzgün qidalansanız nəticəni qısa müddətdə hiss edəcəksiniz. Əgər 20 yaşlarınızda bunu düzgün etsəniz, 30 və 40 yaşlarınızda sizə bədəninizi idarə etmək daha asan olacaq.

Şərhini yaz