İdeal köynəyi necə seçmək olar?

Köynək kişi stilinin əsaslarındandır. Heç bir kişinin qarderobunu köynəksiz təsəvvür etmək olmaz. Çoxları deyə bilər ki, ən asan iş köynək seçməkdir. Çox kişilər köynək seçimində çoxlu səhvlərə yol verirlər. Köynək seçimi ilə bağlı biz sizə bir neçə məsləhətlər verə bilərik.

Əgər işgüzar kostyum ilə köynək geyinəcəksinizsə, bu zaman seçəcəyiniz köynəkdə bir neçə şeyə diqqət yetirməlisiniz. Həmin köynəyin qolları uzun olmalıdır, cibi olmamalıdır və yaxalıq hissəsi qalın və sərt olmalıdır. Ən gözəl seçim pambıqdan olan köynəklər olacaq.

Ağ rəng köynəklər demək olar ki, bütün kostyumlarla uyğunlaşır. Son zamanlar ən dəbli köynəklər isə mavi rəngli köynəklər sayılır. Mavi rəngli köynəkləri çalışın tünd rəngli pencəklərlə geyinməyəsiniz. Əsasən də qəhvəyi kostyumlarla. Əsas qayda isə belədir. Köynək, pencəkdən və şalvardan daha açıq rəngdə olmalıdır. Qalstuk isə köynəkdən daha tünd rəngdə olmalıdır.

Klassik köynəklərdə dama və xəttin olmasına icazə var. Lakin onlar çox hiss olunan olmamalıdır. Əks halda köynək klassik olma qaydasından kənarlaşır. Əgər pencəyiniz zolaqlıdırsa, bu zaman qəti şəkildə sizin köynəyiniz zolaqlı ola bilməz.

Ən ideal köynək ölçüsünü sizə təqdim etmək istərdik. Köynəyi tam bağlayandan sonra sonuncu boğaz hissədə olan düymə bağlanmamaq şərti ilə arıq adamlarda ara məsafə 1 sm, kök insanlarda isə ara məsafə 1.5-2 sm olmasıdır. Köynəyin çiyin hissələri çiyinin tam bitmə hissəsində dayanmalıdır. Köynəyin üzərindən pencək geyindiyiniz zaman isə köynəyin qol hissəsi pencəyin qol hissəsindən 1-1.5 sm çölə çıxmalıdır. Köynəyin uzunluğu isə görünmür deyərək uzun köynəklər alanlar üçün pis xəbərimiz var. Köynəyin boy uzunluğu belinizdən 8-10 sm aşağıya qədər uzana bilər.

Şərhini yaz