Qolbaqlar əslində hansı geyimlərlə taxılmalıdır?

Kişilərin qolbaq taxma dəbi artıq çox yayılmasına baxmayaraq, hələ də, kişilərin qolunda qolbaq görünən zaman hər kəs ona diqqət yetirir. Əslində kişilər aksessuar kimi saatlardan başqa nələrdən istifadə edə bilərlər? Niyə də saatlarımızın yanına etnik dəyərləri olan daşlardan hazırlanmış qolbaqlar taxmayaq? Və ya da kəmərdən ibarət olan qolbaqlar?

Əslində qolbaqlar sizin iş kostyumunuza çox gözəl bir əlavə ola bilər. Eyni zamanda rəsmi olmayan geyimlərinizə də bəzək verə bilərlər. Əlbətdə ki, bu sizin qolbaq seçiminizdən asılıdır. Taxtadan və ya rəngli daşlardan ibarət olan qolbaqlar casual geyimə və ya sport geyimlərə çox uyğun gəlir. Metal və kəmərdən olan qolbaqlar isə iş geyimlərinizə çox uyğun ola bilər. Amma əlbətdəki üzərində əlavə detallar çox olmamaq şərti ilə.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.