Yay aylarında kişilər üçün düzgün ayaqqabı seçimi

Yay aylarında düzgün ayaqqabı seçimi kişilər üçün hər şeydən vacibdir. Yay ayı səhər və axşam gəzintiləri üçün ideal bir zamandır. Əgər rahat gəzmək istəyirsinizsə bu zaman ayaqqabı seçimində ehtiyyatlı olmalısınız.

Rahat gəzmək dediyimizdə ağlımıza ilk olaraq idman üslublu ayaqqabılar gəlir. Lakin hər zaman və hər yerə bu ayaqqabıları geyinmək olmur. Buna görə də yay aylarında geyinilməsi mümkün olan ayaqqabıları sizə təqdim edirik.

Makasin - bu ayaqqabılarda sizin ayağınız yalnız və yalnız dincəlir. Bunlar yumşaq və rahat olur. Ən əsası isə daban hissəsi olmur. Makasinləri həm idman üslublu geyimlərlə, həm də gündəlik işə geyimləri ilə geyinmək mümkündür.

Top - sayder - makasinə bənzəyir, lakin makasindən fərqlidir. Bu ayaqqabıların daban hissəsi daha enli və sərtdir. Eyni zamanda makasində olan iplər sadəcə bəzək üçündür. Lakin top-sayderlərdə bu iplər funksiya rolunu oynayır. Yəni bağlanılması mütləqdir. Eyni zamanda alt hissəsinin qalın rezin olması insan ayağını yay yağışından qoruyur.

Slipon - bunlara bir növdə ketalar demək olar. Yay qarderobunun ən əsas ayaqqabılarından biridir. Bütün kişilərin qarderobunda olması məqsədəuyğundur. Bu ketalar adətən corabsız geyinilməsi üçün nəzərdə tutulub. Əgər corabla geyinəcəksinizsə, mütləq şəkildə ayağın yalnız alt hissəsini qoruyan corablarla geyinilməlidir. Bu ayaqqabıları cins şalvarlar və şortlarla geyinmək daha yaxşı olardı.

Espadril - əsl yay ayaqqabısıdır. Bu ayaqqabıları qumda da, adi gəzintidə də geyinmək olar. Amma bu ayaqqabıları heç bir zaman klassik şalvarla geyinməyi düşünməyin.

Sandal - təqdim olunan yay ayaqqabıları arasında ən idealı məhz budur. Əsas fərqliliyi ön və arxa hissədən açıq olmasıdır. Bu ayaqqabıları qəti corabla geyinməyin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.