Bu qiymətə şəhər üzərində vertolyotla 45 dəqiqəlik gəzinti, Rolls-Royce avtomobilində restorana transfer və Sinqapur şəhərinə gözəl mənzərəsi olan, 10 min qızılgüllə bəzədilmiş zalın icarəsi daxildir. Qonaqlara baş aşpazdan 18 cür yemək təklif edilir. Onların arasında ən bahalı kürü və stridiya növündən hazırlanan təamlar var. Şam yeməyində süfrəyə həmçinin, 30-40 illik şərab da veriləcək. Brilyantlarla bəzədilmiş yemək alətlərinin üzərində hər bir qonağın adı həkk olunacaq. Gecə yarısı isə restoran tərəfindən 2,08 karatlıq brilyantlı çəhrayı qızıldan üzük hədiyyə ediləcək. Şam yeməyi möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

İlk şam yeməyinin nə vaxt baş tutacağı məlum olmasa da, "Ce La Vi" restoranının rəhbərliyi artıq sifarişlərin gəldiyini bildirir.