İdman zalında edilən 6 səhv

Bu dəfə biz sizə idman zalında edilən 6 səhv barəsində danışacağıq.

Səhv 1 : İdman zalında çəkdirdiyiniz selfielər çox yanlışdır. İnsanlar idman zalına məşq etmək üçün gəlirlər. Həmin insanlar əziyyət çəkib tər töküb, əsabi gərgin olan zaman sən heç nə olmamış kimi şəkil çəkdirirsən. Bu həmin insanlarda sənə qarşı hirs yaradır. İdman zalı məşq etmək üçündür. Məşqini et və şəkil çəkdirmək üçün dənizə gedə bilərsən. Əlbətdəki əldə etdiyin nəticə varsa.

Səhv 2 : Ətrafdakı insanlara çəpgözlə baxmaq olmaz. İdman zalına müxtəlif dərəcələr almış idmançılar da gəlir, eyni zamanda idmana başlamaq istəyən yeni bəylər də. Eyni zamanda idman zalında hər yaşa uyğun insanlar var. Güclüsənsə, zəifə aşağıdan yuxarı baxmaq lazım deyil. Onsuzda o orda yeni olduğu üçün sıxılır. Ona dəstək olmağa çalış. Bu sənə olan hörməti iki qat artıra bilər.

Səhv 3 : Ətrafdakılara çox sual verməyin. idman zalında olduğunuz zaman ətrafdakıların çox vaxtını almayın. Çünki hər kəs idman zalına məşq etmək üçün gəlib. Əlbəttə ki, sizin idmanınızla bağlı sualı və məsləhəti demirik.

Səhv 4 : Götürdüklərinizi harda oldu qoymayın. Bəli qanteli götürdünüz və məşq etdiniz. Zəhmət olmasa özünüzdən sonra onu yerinə qoymağı unutmayın. Çünki eyni daşla bir neçə nəfər məşq edə bilər. Həmin insan sənin arxanca gəlib daşları sən olan yerdən götürməli deyil.

Səhv 5 : Hər məşq etdikdən sonra güzgünün qarşısında dayanıb, özünüzə baxmaq lazım deyil. Bura məşq zalıdır. Özünüzə baxıb, bədəninizdən zövq alacaqsanızsa bunu evdə edin. İdman zalı podyum deyil.

Səhv 6 : Çirkli idman forması. Bədəniniz çox gözəl ola bilər. İdman zalında ən yaxşı bədənə də siz sahib olmuş ola bilərsiniz. Amma ki, sizin geyindiyiniz idman paltarları çirklidirsə bu heç də sizi hər kəsdən öndə göstərməyəcək.

Şərhini yaz