Kişi saatlarının istifadəsi və dəbi haqqında hər şey

Saat yeganə aksessuardır ki, bütün kişilərin qarderobunda olmalıdır. Əslində saatları çeşidinə görə seçmək çox çətindir. Amma siz öz stilinizin nə olduğunu bilirsinizsə bu zaman saat seçmək sizə çox asan gələcək. Yəqin ki, sizin ən azı bir qol saatınız var? Amma yenə də biz sizə bu il dəbdə olan saat növləri haqqında danışmaq istərdik. Eyni zamanda qol saatlaərın istifadə olunması qaydasını da sizə bildirəcəyik.

İlkin olaraq ondan başlayaq ki, biz saatların funksiyası barədə danışmayacağıq. Çünki funksiyalar sizin seçiminizdir. Hansılar sizə yararlıdırsa onları da saatlarınızda seçə bilərsiniz. Əgər funksiyalar sizə maraqlıdırsa, o zaman siz saat dükanlarına yaxınlaşın. Onlardan tam dolğun məlumatı ala biləcəksiniz. Biz bu gün saatın aksessuar kimi istifadə qaydasından danışacağıq. Gəlin razılaşaq ki, bu gün qol saatı olmadan belə vaxtı öyrənmək çox asandır.

Qol saatı seçdiyiniz zaamn onun xarici görünüşünə mütləq diqqət yetirin. Çünki xarici görünüş sadə olarsa onu hər bir zaman istifadə edə bilərsiniz.

Daxili görünüş – Siz adətən ya casual, ya iş geyimi ya da idman üslublu geyimlərə üstünlük verirsiz. Bu zaman da saat seçiminə diqqət yetirmirsiz. Bütün geyimlərinizdə qüsursuz ola bilərsiniz. Amma saat seçimində də belə olmalısınız. İdman üslüblu saatları idman geyimi ilə geyinin. Klassik üslublu saatları isə t-shirt və şortlarla qəti istifadə etməyin. İş görüşlərində idman üslublu saat taxsanız bu zaman həmin iş görüşünüzün uğurlu sonluqla bitəcəyinə zəmanət verə bilmərik.

Rəng – Ekspertlərin fikrincə saatın kəməri əgər dəridəndirsə mütləq şəkildə sizin ayaqqabınızla eyni rəngdə olmalıdır. Əgər sizin ayaqqabınızla saatlarınızın kəmərləri eyni rəngdədirsə deməli siz artıq bir addım öndəsiniz. Qızılı rəngli saatlardan çəkinin, əgər o orijinal deyilsə. Çünki o zaman onun orijinal olmaması daha tez seçilir.  Yox əgər saat həqiqətən də qızıldandırsa onu istifadə etməyə dəyər.

Mövsümi – Əgər sizin bir saatınız varsa və Rolex markası deyilsə, onda mövsümə uyğun olaraq yenilərini də əldə edə bilərsiniz. Qış aylarında çalışın kəməri dəri olan və ya dəmir olan saatlardan istifadə edəsiniz. Yay aylarında isə çalışın kəməri daha yüngül olan toxunma iplərə dəyişəsiniz. Saat alanda çalışın kəmərləri dəyişən komplektlə alasınız. Kəmərləri ipə və ya toxunma kəmərə dəyişsəniz, bu casual stillə daha yaxşı görsənəcək.

Rənglər əlavə edin – Əgər siz rəngli corablar və ya rəngli qalstuklar taxmağı sevməyən kişilərdənsinizsə yenə də saatın əsas hissəsində əlavə rənglərin olmasından çəkinməyin. Çünki bu sizi yenə də ciddi üslubundan kənarlaşdırmayacaq.

Ölçülərin kiçik olması – yeni texnologiyaya əsasən hal hazırda bütün funksiyalar gizlədilməyə başlayıb. Buna səbəb isə ölçüləri kiçiltməkdir. Əvvəllər saatların diametri 44 – 57 mm aralığında hazırlanırdısa, indi daha çox üstünlük 42-43 mm aralığına verilir. Eyni zamanda bu il qalınlıq da dəbdə deyil. Əsas üstünlük nazik saatlara verilir.

Kəmərlər – bu ilin yayında yenə də hərbi dəyərləri  olan kəmərlərə üstünlük verilir. Onlar bu yay yenə də dəbdədirlər.

Retro modellər – bildiyiniz kimi retro modellər bu il nəinki, saatlarda eyni zamanda geyimlərdə də dəbdədir. Saatlar hər zaman soyadları xatırladır. Yəni çox zamanlar saatlar nəsildən nəsilə keçir. Əgər sizin də ailə üzvlərinizdə belə saatlar varsa, qolunuza taxıb istifadə edə bilərsiniz. Çünki həmin saatlar bu gün dəbdədir.

 

Şərhini yaz