Necə kişiyanə selfie çəkdirmək olar?

İnstagram yaranandan sonra biz daha çox şəkil çəkdirməyə başlamışıq. Əsasən də özümüzü daha çox çəkirik. Çox kişilər özünü çəkməyə utanırlar. Onlar düşünürlər ki, çox şəkil çəkdirmək əslində qadın işidir. Amma əslində bu heç də elə deyil. Düzgün seçilən görünüş və arxa fonda olan mənzərə səni selfie çəkməyə məcbur edəcək. Əsasən də düşünəcəksən ki, bu şəkli neçə qadın bəyəndi.

Güzgü qarşısında çox şəkil çəkdirməyin – Qadınlar tərəfindən ən çox qınaq olunan forma kişilərin güzgü qarşısında şəkil çəkdirməsidir. Bunların qarşısını almaq üçün çalış güzgü qarşısında şəkil çəkdirmə. Əsas üstünlüyü mənzərəli yerlərə ver. Çalış idman avtomobillərinin qarşısında şəkil çəkdir və ya çox məşhur adamlarla. Bu sənin səhifəvə üzv olmaq istəyən qadınların sayını artıracaq.

Məzəli olmaqdan çəkinmə - Əgər sən hər hansısa bir əyləncə mərkəzindəsənsə və ya çox fərqli bir tədbirdəsənsə selfie çəkdirməkdən çəkinmə. Klassik üslubda olduğun üçün şəkil çəkdirməkdən utanma. Sadəcə həmin şəkilin altında maraqlı bir yazı qeyd et. İnanın selfiedə eyni zamanda yumor hissi də nəzərə alınır. Əsas odur ki, çərçivəni aşma.

Tarixi yerlərdə çoxlu selfie çəkdir – Gündə insanlar sənin üz şəklivi görəcəksə bundan bezə bilərlər. Çoxlarımız bilirik ki, qadınlar intelektual biliyə malik olan kişilərə daha çox üstünlük verirlər. Buna görə də yaxşı olar ki, getdiyin muzeylərdə, sərgilərdə və ya tarixi abidəlr olan məkanlarda da şəkil çəkdirəsən.

İdman zallarında selfie çəkdirən zaman ehtiyyatlı ol – Əlbətdə ki, qadınlar güclü bədənə sahib olan kişiləri sevirlər. Onların əzələləri qadınları ehtiraslandırır. Əlinizdə qantel və ya digər ağırlıq daşları olan zaman şəkil çəkdirib yerləşdirsəniz, qadınlardan heç də xoş sözlər eşitməyəcəksiniz. Qadınlar bunu sizin özünüzdən razı olduğunuz kimi qiymətləndirəcək. Çalışın məşqin bitdiyi zaman yorğunluğunuzu göstərəsiz və ya məşqə başlamamışdan öncəki vəziyyəti izah edəsiz şəkildə. Bu zaman yenə bəyənənlərin çox olacaq.

Maşında selfie çəkdirmək lazım deyil -  Əsas məsələlərdən biri məhz budur. Sizin sosial setlərinizdə maşında çəkdirdiyiniz selfielər olmamalıdır. Maşında çəkilən eyni formalı selfielər hər kəsi artıq yorub. Artıq hər 3 adamdan birində maşın var. Maşında çəkilən şəkillərlə də heç bir qadını təəccübləndirmək mümkün deyil. Bunun üçün maraqlı şəkillər çəkdirmək lazımdır.

Eyni zamanda yataqda olduğunuz zamanda da selfie çəkdirməyin. Bu kişilər üçün çox da xoş hal deyil.

Şərhini yaz