Sıyıq yeməklə çəkimizi artıraq

Sıyıqlar (kaşa) sayəsində çəkimizi necə artıra bilərik? Bu mövzuda biz sizə köməklik göstərməyə çalışacağıq. Hər birimiz bilirik ki, sıyıq (kaşa) tez həzm olur və orqanizmi çoxda yükləmir. Sıyıqlar (kaşa) çox kalorili olurlar, lakin bəzi sıyıqlar kalorili olsa da çəki artırmır. Əgər istəyirsinizsə ki, sizin orqanizminiz sağlam olsun, özünüzü yaxşı hiss edəsiniz, eyni zamanda çəki yığasınız, o zaman gündəlik menyunuza aşağıda qeyd etdiyimiz sıyıqları əlavə edin.

  • Soyulmuş arpan olan sıyıqlar
  • Buğdadan hazırlanmış sıyıqlar
  • Ağ düyüdən hazırlanmış sıyıqlar
  • Yaşıl noxuddan hazırlanmış sıyıqlar
  • Adi arpadan hazırlanmış sıyıqlar

Ən çox çəki verən sıyıqlar soyulmuş arpadan hazırlanan sıyıqlardır. Bu tip sıyıqlar orqanizmdə də çox tez həzm olunur. Ona görə də siz tez-tez aclıq hiss edirsiniz və yenə qidalanmağa ehtiyac olur. Bir qab soyulmuş arpadan olan sıyığın tərkibi 100 qramdır. Bu isə 310 kalori deməkdir. Bu çəki yığmaq üçün kifayət qədər bəs edir.

Buğdadan hazırlanmış sıyıqlar isə daha tutumlu olur. Əsas özəllikləri isə ondan ibarətdir ki, bu tip sıyıqların 60 %-i zülaldır. 4 %-i isə yağlardan ibarətdir. Bir qab buğdadan ibarət olan sıyığın tərkibi 100 qramdır. Bu isə 350 kalori deməkdir.

Yaşil noxuddan ibarət olan sıyıqlar isə daha dadlı olur. Bunun tərkibi də daha çox zülallarla zəngindir. Bütün bədənin inkişafı üçün xeyirlidir. Bu tip sıyıqlar sayəsində bədən tam olaraq bütün funksiyalarını bərpa edir, əzələlər daha yaxşı inkişaf edir və insanı kökəldir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.