İsveçrənin cənub-şərqində Frenk və Patrik Riklinov qardaşları tərəfindən dünyada damı və divarları olmayan ilk otel açılıb. Otel dəniz səviyyəsindən 1,97 min metr hündürlükdə yerləşən bir otaqdan ibarətdir. Burada hamam otağı və Wi-Fi olmasa da, qonaqlara səhər yeməyini gətirən eşikağası var. Burada bir gecəlik qonaqlamanın qiyməti 260 dollar təşkil edir. Sifarişlər isə yazın əvvəlindən payız aylarınadək qəbul olunur.

Layihənin təsisçiləri bildirirlər ki, bu otaq təbiətlə baş-başa qalmaq istəyən insanlar üçün əvəzolunmaz yerdir.