Artıq kişilərin də krujevalı alt paltarları var

Bir zamanlara kimi krujevalı alt paltarları ancaq qadınlara məxsus bir geyim növü idi. Gənc marka olan Menagerié (mənası men - kişi, lingerie - alt paltarı) isə bu fikirlə qəti razı deyil. Onlar hazırladıqları alt paltarlarında məhz qadınlara aid olan materiallardan istifadə edirlər. Məsəl üçün krujeva, ipək və sətin. Əsas məsələ isə odur ki, bu işdə heç kim onlara müdaxilə edə bilmir.

Onu da bildirək ki, Menagerié markasına məxsus olan alt paltarları elə də ucuz qiymətə deyil. Krujevalı boksor tumanlar 69 dollar, ipək şortlar 139 dollar, gecə perjamaları isə 369 dollaradır. Bu yay isə marka kişilər üçün intim ətirlər də istehsal edib. Ətirlərin qiyməti isə 28 dollardır. Marka düşnür ki, kişilərin intim zonası bu alt paltarlarında bir neçə növ ətirlərlə daha gözəl tandem tapacaq.

Markanın yaradıcısı Roman Sayp bildirib ki,  Menagerié markasının yaratdığı bu alt paltarları kişilər üçün o qədər də ideal seçim olmaya bilər. Lakin bu dizaynda olan alt paltarların da öz müştərisi olacağına əmindir.

Şərhini yaz