Filmin süjeti bizə ən təhlükəli cinayətkar təşkilatların işlərini aparan Asperqer sindromlu mühasibin hekayəsini danışır. ABŞ Maliyyə Nazirliyinin cinayətkarlıqla mübarizə şöbəsi bu fikir verəndə Afflekin qəhrəmanı gizlənmək və çirkli işlərdə əli olmayan müştərilərlə çalışmaq qərarı verir. O, maliyyə şöbəsi əməkdaşının milyonlarla dollarlıq uyğunsuzluq aşkar etdiyi ən yeni robototexnika istehsalı üzrə şirkətdə audit keçirir. Məhz bu andan o, ölümlə bitən daha böyük problemlərlə üzləşmiş olur.

"Hesablaşma" filminin rejissoru Qevin O'Konnordur. Baş rollarda Ben Afflek, Anna Kendrik və Cey Key Simmon çəkiliblər.