Carven-ə 2015-ci ildə gələn Barnabe burada 18 ay çalışdı. O, 8 il Balenciaga-da Nikolya Jeskyerlə birlikdə kişi kolleksiyalarının dizayneri olaraq çalışıb. Bundan əlavə, bir müddət o, Karl Laqerfeldin öz markasına aid məsələlər üzrə məşhur dizaynerin məsləhətçisi olub.

"Bu, həddindən artıq dərəcədə ilhamlandıran əməkdaşlıq idi", - deyə şirkətin icraçı direktoru Sofi de Rujmon bildirib, eləcə də o, dizaynerə bütün gələcək layihələrində uğurlar arzulayıb. Carven isə bütün gücünü qadın kolleksiyalara yönəldəcək.