Yeni film sehrli dünyanın məşhur maqozooloqu Nyut Skamanderin hekayəsinə həsr olunub. O, səyahətləri zamanı çoxlu sehrli canlılarla qarşılaşır və onları Harri Potterlə dostlarının 70 il sonra dərslik olaraq istifadə edəcəkləri gündəliyində təsvir edir.

Film ekranlara noyabrın 16-da çıxacaq. Ssenari müəllifi Coan Roulinq olan filmdə Eddi Redmeyn, Ezra Miller, Samanta Morton, Ketrin Uoterson, Cenn Myurrey, Kolin Farrell və başqaları çəkiliblər.