Hücumçuya 80 milyon avro

"Çelsi" hücum xəttini Romelu Lukaku ilə gücləndirmək niyyətindədir.

"Zadəganlar" 23 yaşlı forvard üçün "Everton"a 80 milyon avro təklif edib. Lukakunun maraqlarını məşhur futbol agenti Mino Rayola təmsil edir.

Belçikalı hücumçunun "Çelsi"yə qayıtmağa razı olduğu, "Everton"un isə bu transferdən 75 milyon funt qazanmaq istədiyi barədə məlumat var.