İdeal seks nə qədər davam etməlidir?

İdeal seks müddəti hər zaman maraq mövzusu olub. Bəs mütəxəssislər bu barədə nə deyir? İdeal seks nə qədər davam etməlidir?
Seksin müddəti haqqında bir çox nəzəriyyə var. Lakin heç kim nə qədər davam etməli olduğundan tam əmin deyil. Bəziləri bütün gecə davam etdiyini iddia edərək bununla öyünür, bəziləri də özlərində bir problem olduğundan narahatlıq keçirir.

Bu mövzuyla əlaqədar Hollandiya, İspaniya, Türkiyə, ABŞ və Birləşmiş Krallıqdan 500 cütlük arasında araşdırma aparılıb. Nəticələrə əsasən ortalama seks müddəti 5.4 dəqiqə olaraq ölçülüb. Tədqiqatçılar sevişmə və orqazm arasındakı müddəti meyar olaraq əsas götürüb. 500 cütlüyün seks müddəti 33 saniyə-44 dəqiqə arasında dəyişib.

Beləliklə, mütəxəssislər ideal seksin düşünüldüyü kimi, saatlarla davam etmədiyini açıqlayıb. Bütün gecə boyunca davam edən seks hekayələri də həqiqəti əks etdirmir.
Uzun sözün qısası, ideal seks müddəti sizin üçün ideal olanıdır. Seksin uzun müddət davam etməsi üçün müxtəlif üsullar sınamaq, dərmanlar istifadə etmək isə sizə və partnyorunuza əziyyət verməkdən başqa bir şey deyil.

Nə istədiyinizə qərar verin, tərəf müqabilinizin istəyi ilə maraqlanın. Seks müddətini uzatmağa çalışmaq əvəzinə sahib olduğunuz müddəti dəyərləndirin.

Şərhini yaz