Layihənin reallaşdırılması ilə McBride Charles Ryan memarlıq bürosu məşğul olub. Hədəf elmi işlərin keçirilə biləcəyi, eləcə də yuxarı siniflərin dərslərinin təşkil olunacağı mərkəzin yaradılması idi. Layihədə ən müxtəlif məkanların nəzərdə tutulması səbəbindən bu məkanlardan aşağı sinif şagirdləri də istifadə edə biləcək.

Bina dəmir-betondan hazırlanıb, dam isə polad konstruksiyadan ibarətdir. Fasadlar Colorbon metallik üzlüklərlə örtülüb, pəncərələr işiqat şüşə ilə alüminiumdan hazırlanıb. Tədris məkanları arasında yüksək keyfiyyətli akustik şüşə qapılar istifadə olunur.