Magistral yollara uyğunlaşdırılan sürücüsüz Future Bus avtobusu Amsterdam küçələrində sınaqdan keçirilib. Avropanın ən uzun avtobus sxemində hərəkət etdirilən sürücüsüz avtobus, 200 km yol qət etdikdən sonra 70 km/saatda sürətə qədər yüksələ bilib. Future Bus dayanacaqlarda dayanıb qapıları açır, yolda sağa-sola manevr etdikdə sağ-sol işıqlarını yandırır. Bundan əlavə, sensorlar vasitəsi ilə baş verə biləcək təhlükələri qabaqlayır. Nəticə etibarilə gələcəyin avtobusunun sınağı çox uğurlu nəticələnib.