Pestana CR7 Hotel şəhərin mərkəzində Plaza del Mar meydanında yerləşir. Qonaqlara 49 nömrə, eləcə də sauna və trenajor zal təqdim edilir. CR7 - futbolçunun adı, soyadı və oyunçu nömrəsini əks etdirir.

Otelin damından Funşal körfəzi və şəhər məhəllələrinə gözəl mənzərə açılır, eləcə də damda hovuz yerləşir. Dəstlərə futbolçu 25 min avroya yaxın məbləğ ayırıb. Kriştianu fitnes-mərkəzi və hovuzda qonaqlar üçün məşq proqramını özü hazırlayıb. Burada gecə keçirmək 220-270 avro arasında məbləğə başa gələcək.

Digər üç oteli futbolçu Lissabon, Madrid və Nyu-Yorkda açmağı planlaşdırır.