Ümumi qaydalar
1. Yemək zamanı ağzı marçıldatmaq, boşqaba böyük porsiyalar qoymaq, çəngələ böyük parçalar götürmək, tez-tez yemək qəti qadağandır.
2. Stol arxasında sakit və düz oturmaq lazımdır.
3. Əlləri həmişə stolun altında deyil, üstündə saxlamaq lazımdır.
4. Dirsəkləri stolun üstünə qoymaq olmaz.
5. Stolun qırağından barmaqlarla döymək olmaz.
6. Stolun altında ayaqları çarpazlamaq olmaz, ayaq pəncələri sakit şəkildə döşəmədə olmalıdır.
7. Stolun altından ayaqqabını soyunmaq olmaz.

Salfet
1. Hamı stol arxasına keçdikdən bir az sonra salfeti dizinizin üstünə qoyun. Bundan əlavə, ev sahibinin bunu birinci etməsini gözləyin. Bununla belə, salfeti açmaq üçün çırpmaq lazım deyil, bunu səssiz və sakit etmək daha yaxşıdır. Elit restoranlarda salfeti ofisiant açır və dizin üstünə qoyur.
2. Salfeti yaxalığa, qurşağa və ya köynək, bluzun düymələri arasında salmaq olmaz.
3. Qədəhdən içkini udmamışdan öncə qədəhdə yağ izi qoymamaq üçün dodaqlarınızı salfetlə silin.
4. Süfrədən qalxmaq lazımdırsa, salfeti qatlayaraq, stulun belinə qoyun. Yemək qəbulunu bitirdikdən sonra salfeti qabın soluna qoyun.
5. Salfet yerə düşübsə, çirkli salfeti dizinizin üstünə qoymayın, başqasını xahiş edin.

Çörək
1. Ümumi qabdan götürdüyünüz çörəyi öz qabınıza qoyun. Çörəkdən bir hissə qırıb, qalanını ümumi qaba qoymaq lazım deyil: çörəyi götürmüsünüzsə, bu sizin yeməyinizdir.
2. Qabınızda çörəyi bıçaqla kəsməyin, ondan kiçik hissə qoparın.

Stol alətləri
1. Solaxay deyilsinizsə, bıçağı sağ, çəngəli isə sol əlinizdə tutun.
2. Yeməklər arası fasilələrdə və ya söhbət edəndə bıçaq və çəngəli öz qabınıza qoyun. Onlar bütövlüklə qaba yerləşməlidir, onları bir ucunun qaba, digərinin stola söykəndiyi vəziyyətdə qoymayın.
3. Stol alətlərini qabın üstündən hündürə qaldırmayın və onlarla əl hərəkətləri etməyin.
4. Həmsöhbətinizə stol alətləri, xüsusilə də bıçaqla göstərməyin.

İlk yeməklər
1. Qabı özünüzə və ya əks tərəfə əyməyin, çünki yeməyin damcıları süfrəyə və ya paltarınıza düşə bilər.
2. İlk yeməyinizi yedikdən sonra qaşığı yeməyin verildiyi qaba, əgər yemək şorba fincanında verilibsə, qaşığı onun altındakı qaba qoyun.

Ədviyyə və souslar
1. Yeməyin dadına baxmazdan öncə onu duzlamayın və istiotlamayın. Bununla restoranın baş aşpazına kompliment etmiş olacaqsınız, çünki bunu etməklə siz onun hazırladığı yeməyə hörmətinizi nümayiş etmiş olursunuz (bu isə o deməkdir ki, müvafiq reseptura və ədviyyələrin doğru miqdarda əlavə edilmiş ədviyyələrə).
2. Əgər sizdən duzqabını ötürmək xahiş edilibsə və duzqabı istiotqabı ilə bir yerdədirsə, onu əsasından tutaraq bir yerdə ötürün. Bu əşyalar həmişə bir yerdə təqdim edilir.
3. Ümumi açıq duzqabından istifadə edirsinizsə, duzu oradan ancaq təmiz qaşıq və ya bıçaqla götürmək lazımdır.
4. Yemək üçün sous ümumi qabda verilirsə, onu ümumi qabın qaşığı ilə götürün və qabınızın qırağına qoyun. Yeməyinizi heç vaxt ümumi sous qabına batırmayın.

Qab-qacaq və yeməklərlə davranış
1. Yeməyi həmişə soldan sağa - saat əqrəbinin hərəkətinin əksi istiqamətində ötürün.
2. Kəsilmiş qida hissələri ilə qabı götürmüsünüzsə (məsələn, çörək olan qab), əvvəlcə onu stoldakı qonşunuza ötürün və onun sizə qayıtmasını gözləyin və yalnız o zaman götürün.
3. Qabda təqdim edilən hər şeyi stol alətlərinin köməyilə yeyin (bunu evdə əllərinizlə yeməyə öyrəşdiyiniz halda belə).
4. Qədəh, fincan və ya qabı qaldıraraq, ofisianta kömək etmək lazım deyil. Bunu yalnız ofisiant sizdən xahiş edərsə, etməyiniz məqsədəuyğundur.
5. Boş şəkər paketlərini, plastik süd konteynerlərini qabınızın qırağına qoyun.

Dəniz məhsulları
1. Dəniz məhsullarını (krevetkalar, yengəclər) çox vaxt əllə yeyirlər. Belə yanaşma dostla nahar və ya lanç üçün uyğundur.
2. Dəniz məhsullarından olan yeməyə limon sıxmaq lazımdırsa, onun damcılarının ətrafdakılara və ya sizin gözünüzə düşməməsi üçün əlinizlə onu örtün.
3. Yeməkdən sonra əllərinizi bunun üçün gətirilmiş qabda yaxalamağı unutmayın.
4. Dəniz məhsulları yedikdən sonra əllərinizi doğru yaxalayın: hər bir əlinizi ayrılıqda, barmaqlarınızı suya salın və salfetinizlə silin.

Süfrə arxasında ünsiyyət
1. Yeməyi udmamış danışmayın.
2. Həmişə sizə kimin müraciət etdiyinə baxın.
3. Danışanın sözünü kəsməyin.
4. Siyasət, din və ya pullar barədə birmənalı olmayan söhbətlərdən qaçın.

Kofe və çay
1. İçində kofe və ya çay olan fincanı iki əllə tutmayın. Fincanı tutacaqdan tutun.
2. Kofe və ya çaya isti olduğu halda üfürməyin, temperaturun sizin üçün uyğun olmasına qədər gözləyin.
3. Çay və ya kofeni nəlbəkiyə axıtdınızsa, onu salfetlə silməyin, sizə başqasını gətirməyi xahiş edin.
4. Peçenye, piroq və başqa şirniyyatları fincana batırmayın.

Mənbə : www.buro247.az