Qol saatlarının hazırlanma prosesi artıq çoxdandır ki, sadəcə istedadlı mexaniklərin məşğuliyyət sahəsi deyil. O, insan fəaliyyətinin əbədi və gözəl olan şeylər yaratmağa yönələn digər sahələri ilə sıx əlaqədə olan heyranedici incəsənət növünə, əsl "xəstəliyə" çevrilib. Artıq üç yüz ildir ki, zamanın ən usta saatsazları prestijli Jaquet Droz saat markası altında saat incəsənəti şedevrləri yaradırlar.

İncə iş, əziyyətli əmək, xüsusi dekorativ texnika, emalın mistik hazırlanma formulası - təsviri incəsənət rütbəsinə qaldırılan xüsusi məhsulların resepti məhz budur. Müasir həyatda yüksək saat incəsənəti əşyalarının cəmiyyətdə böyük əhəmiyyətə sahib olduğu memarlıqla get-gedə daha sıx birləşir. İsveçrə brendinin mütəxəssisləri isə öz çoxtərəfliliyi və ixtiraçılığı ilə heyran etməyə davam edir.

Xüsusi olaraq Azərbaycan üçün hazırlanmış və Bakının memarlıq abidələrinin rəsmi ilə yeganə nüsxədə buraxılan iki yeni saat modeli də Jaquet Droz saat əsərləri sırasında növbəti şedevr olub. Hər iki model əl işidir, manufaktura mexanizmində çəhrayı qızıldan hazırlanıb. Eləcə də, modellər qara rəngli yüksək keyfiyyətli alliqator dərisindən kəmərciklər tamamlanır.

Emal üzərində filiqran iş də ayrıca diqqətə layiqdir. Rəsm isti emal texnikasından istifadə etməklə əl işi ilə hazırlanıb. İşin yekunlaşdırılmasından sonra emal əsrlər ərzində dəyişməz qalır və nəsildən nəsilə ötürülən layiqli ailə yadigarı ola bilər. Memarlıq motivləri ilə qol saatlarının böyük mədəni və maddi dəyəri var. Çünki sevimli məkanın peyzajı və doğma şəhərin memarlığının əks olunduğu saat modelinə sahib olmaq əsl xoşbəxtlikdir. Belə qol saatları, şübhəsiz ki, öz sahibi üçün qiymətlidir, çünki saatın üzərində əks olunan yerdən nə qədər uzaqda olsanız da, bu saatlar sizin qəlbinizi isidəcək.