40 yaşlılar üçün press yığma qaydaları

Gözəl bir pressə sahib olmağın yolu sizin yaşınızdan keçir. Əgər siz 40 yaşlılar sırasındasınızsa onda bu məsləhətlərimizə diqqət yetirin.

Bu yaşda siz bədəninizi sevməli və ona yaxşı baxmalısınız. Bu yaşda məşqə başlayanlar bir az ehtiyyatlı olmalıdır. Çünki bu zamana qədər məşq etməyib və indi məşqə başlamaq qərarına gəlmisinizsə sümükləriniz bir az kövrək ola bilər.

Balıq və ət qədər qüvvətli başqa bir protein ola bilməz. Lakin bu yaşda onlardan çox yemək olmaz. Çünki həzm funksiyası artıq yavaşladığı üçün siz kökələ bilərsiniz. Həftədə 2 dəfədən artıq balıq yeməyin. İki həftə balıq yeməyiniz sayəsində sizin ürəyiniz daha sağlam olacaq.

Stressdən uzaq olun. Çünki stress onsuzda bu yaşda arıqlamanız asan olmayan bir zamanda, sizi daha da kökəldəcək. Meşədə yürüş və ya masaj sizi daha sağlam edər və əsəbləşmənizin qarşısını alar.

Əgər 40 yaşlarında bir məşq proqramına başlamısınızsa nəticəni tezliklə gözləməyin. İlkin nəticəni 45 gündən sonra görməniz mümkün olacaq.

Şərhini yaz