Qarın əzələlərini düzgün məşq etdirməyin yolu

Qarın əzələlərini məşq etdirmək əsində düşündüyünüz kimi də qarışıq bir iş deyil. Qarın əzələləri bir əzələ qrupudur. Bu zaman da bütün qarın əzələləri işlək vəziyyətdə olur. Adem.Az saytının idman bölməsinin mütəxəssisi daha sürətli nəticə almaq üçün sizə bir necə məsləhətlər verəcək. Həmin məsləhətləri sizin də nəzərinizə çatdırırq.

Əsas faydalı olan məşqlərdən biri də "stir the pot"-dur. Jım formasını alın və daha sonra qollarınızın dirsək hissəsini swissballun üzərinə qoyun. Bədəninizi tərpətmədən topun üzərində dirsəklərinizlə dairlər çəkin. Daha ətraflı şəkildə baxa bilərsiniz.

Daha sonra "rolling plank" hərəkətlərini edin. Qarın əzələləri üçün onun da faydaları çoxdur. İlk öncə sağ tərəfə 10 saniyə dönərək side plank edin. Daha sonra 10 saniyə klassik plan və daha sonra sol tərəfə 10 saniyə side plank hərəkətlərini edin. Bu bir set deəməkdir. Bu hərəkəti isə 6 set etməyi unutmayın. Daha çox məlumatınız olması üçün bu hərəkətin də şəklini sizə təqdim edirik.

Qarın əzələlərinə məşq edən zaman, qarnınıza bir yumruq vurulan zaman necə özünüzü sıxırsınızsa bax o formada məşq edin. Bunun faydasını qısa zamanda hiss edəcəksiniz.

Alt və üst qarın əzələlərinə məşq etməyə ehtiyac yoxdur. Çünki bütün qarın əzələləri birlikdə məşq edir. Ona görə də hörmətli bəylər bunu nəzərə alın.

Şərhini yaz