"Walking Street" - dünyanın ən məşhur əxlaqsızlıq küçəsidir

Taylandın Pattaya kurortundakı "Walking Street" çox məşhurdur. Bu məkan dünyanın ən populyar əxlaqsızlıq məkanlarından biridir.

Yüzlərlə striptiz bar, "masaj salonu", bordelin yerləşdiyi bu küçə turistlər üçün hesablanıb.

Küçədə özlərini "bar qızları" adlandıran fahişələrin, "lady boy" kimi tanınan transseksualların sayı-hesabı yoxdur.
Taylandda fahişəlik qanunvericiliklə qadağan olunsa da, ölkədə 123 mindən artıq qadın əxlaqsızlıqla məşğul olur, bədənlərini satır.

Qadınların alınıb-satıldığı "Walking Street"də hər gecə minlərlə turist olur.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.