Bu üsulla siqareti bir seansda tərgidin

Siqaretin zərərləri barədə illərdir danışılır, müxtəlif araşdırmalar aparılır, bu zərərli vərdişdən qurtulmağın yolları göstərilir. Hətta siqaret istifadəçilərinin özləri də bilir ki, onu tərgitmək həyat keyfiyyətini artıra və ömrü uzadar. Bəs siqareti necə tərgitməli?

Türkiyəli həkim-cərrah Gökhan Hacıibrahimoğlu siqareti tərgitmək üçün ən təsirli üsul olan "biorezonans mora" müalicəsi haqqında maraqlı fikirlər irəli sürüb. Həkim bildirir ki, siqaretdə olan karbon monoksid, nikotin, qatran kimi zərərli maddələr ağciyər xərçəngi olmaqla, tənəffüs sistemi xəstəlikləri, xroniki bronxit və amfizem kimi xəstəliklərə səbəb olur. Siqaret çəkənlərdə ağciyərlərin təbii müdafiə sistemi pozulur, bu da infeksiyaya tutulma riskini artırır. Xəstəliklərə qarşı tədbir almaq üçün ilk növbədə siqareti tərgitmək lazımdır.

Mütəxəssisin "biorezonans mora" müalicə üsulu haqqında fikirlərini sizə təqdim edirik.

İlk növbədə onu bildirək ki, biorezonans müalicəsi xəstənin zehni, ruhi və fiziki şərtlərini bir bütün olaraq ələ alır. Hər kəsə xüsusi müalicə proqramı tətbiq olunan bu üsul bitki mənşəli, kimyəvi və ya sintetik hər hansı bir dərman müalicəsi tətbiq edilmədən biorezonans cihazıyla tətbiq olunur. Bu müalicə yalnız siqareti tərgitmək deyil, eyni zamanda allergiya müalicəsi və çəki idarəsinin təmin edilməsində də istifadə edilir: "Biorezonans mora" müalicəsində xəstə son siqaretini çəkib müalicəyə başlayır. Xəstə müalicə əsnasında rahat bir kresloya oturur. İstifadə edilən xüsusi bir cihaz ilə əl və ayaqlarına elektromaqnetik dalğalar ötürülür. Hər hansı ağrı hiss edilməyən bu üsul adamda rahatlama və sakitlik təmin edir. "Biorezonans mora" müalicə ilə eyni zamanda bədəndə yığılan qatran və karbon monoksid də xaric olunur. Bədənin daha sürətli təmizlənməsi üçün ilk 3 gün bol su içmək lazımdır".

"Biorezonans mora" 40 yaşdan yuxarı siqaret çəkən, ağciyər xərçəngi olma riski daşıyan hər kəsin istifadə edə biləcəyi elmi müalicə üsuludur. Uzun müddətdir siqaret aludəçisi olan, nikotin asılılığı səviyyəsi yüksək olan, digər üsullarla siqareti tərgidə bilməyən insanlara təxminən 50 ildir istifadə edilən bu müalicə ilə sağlam həyata addım ata bilərsiniz.

Şərhini yaz