Sınaqlar Xubey əyalətində yerləşən Tsinxuandao regionunda keçirilir. Burada TEB-1 avtobus-portalı xüsusi trass üzərində hərəkət edib. Sınaq özünə əyləc sisteminin, ön müqavimətin və enerji istifadəsinin çalışma qabiliyyətininin qiymətləndirilməsini daxil edir. 22 m uzunluğu, 7,8 m eni və 4,8 m hündürlüyü olan avtobus qıraqlardan 2 dayaq üzərində hərəkət edir. Bu dayaqlar üçün yolda xüsusi relslər quraşdırılıb. O, elə hazırlanıb ki, onun altından nəqliyyat vasitələri iki zolaqla hərəkət edə bilir və yolda tıxac yaratmır. Ölçüləri hesabına belə avtobus 1200 sərnişin daşıya bilir.

Yolda avtomobillərə mane olmayan avtobus konseptini ilk dəfə bu ilin may ayında Pekində yüksək texnologiyalar sərgisində nümayiş ediblər. TEB-1 avtobusuna artıq Braziliya, Fransa, Hindistan və İndoneziya kimi ölkələr maraq göstərib.