Bu təyinat barədə şayiələr şirkətdən qadın və kişi kolleksiyalarının kreativ direktorları Fransisko Kosta və İtalo Cukkellinin 2016-cı ilin aprelindən getməsindən sonra yaranıb. Calvin Klein brendinin aid olduğu PVH Corporation şirkətinin prezidenti və icraçı direktoru Emmanuel Çiriko bəyan edib ki, Kelvin Klyaynın markaya rəhbərlik etdiyi vaxtlardakı kimi Simons da brend üçün əsl yaradıcı qabaqgörən ola bilər.

Qeyd edək ki, bundan öncə Raf Simons Dior moda evinə rəhbərlik edirdi. Hazırda brendlə Mariya Qratsiya Kyuri çalışır. Kyuri Dior-un yaradıldığı gündən bəri kreativ istiqamətə rəhbərlik edən ilk qadın olub.