Musiqi Saint Laurent moda evinin hələ yarandığı ilk illərdən ilham mənbəyi olub. Dəfələrlə brendin kolleksiyalarının motivini pank və ya rok mədəniyyəti təşkil edib, reklam kampaniyalarının siması kimi isə brendin muzaları Coni Mitçell, Kortni Lav və Daft Punk olublar. İndi isə brend musiqi səhnəsinə bir az stil əlavə etmək üçün gitaralar üçün çexollar hazırlayıb.

Saint Laurent musiqi həvəskarlarına dana dərisindən hamar qara çexol, strazlarla bəzədilmiş verül çexol və qırmızı metal ulduzları olan parlaq çexol təklif edir. Dəstə onların hər biri ilə birlikdə dəri brelok və çiyin kəməri də daxildir.

Çexolları brendin rəsmi saytında 1950 dollara sifariş etmək olar.