"Fənərbağca"ya təklif

"Fənərbağca"da oyunu alınmayan Robin van Persini "Stok" transfer etmək istəyir.

17 milyon xərcləyib Şaqiridən istədiyini ala bilməyən "Stok" Van Persinin əvəzinə Şaqirini icarəlik təklif etdi. Robin Van Persinin yenidən İngiltərəyə dönmək istədiyini vurğulayan ada mətbuatı 32 yaşlı futbolçunun Mark Hyuzun planlarına daxil olduğunu yazdı. Emenikenin yaxşı formada olmasından dolayı "Fənərbağca" rəhbərliyi hücumçu transferindən vaz keçib bu dəyişikliyə isti baxdığı öyrənildi.

Ötən il 6.6 milyon avroya "Mançester Yunayted"dən transfer olunan Van Persi bu mövsüm "Monako" və keçən mövsüm "Şaxtyor" matçlarında forma geyinməməsi azarkeşlərin qəzəbinə tuş gəldi: "Avropa arenasında komandaya heç bir faydası dəyməyən Van Persini kubok matçlarında qol vursun deyəmi aldıq?"

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.