Kişilər üçün toyuq bulyonunun faydaları

İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.

Əsl toyuq bulyonu zülal, polidoymamış yağlı turşular, vitaminlər (B qrupu, E, PP, C, A), mikroelementlər (dəmir, kalsium, mis, maqnezium, selen) kimi xeyirli maddələrlə zəngindir.

Toyuq bulyonunda olan zülal ət bulyonunda olan zülaldan daha çoxdur.

Polidoymamış yağlı turşular ürək üçün çox vacibdir. Həmçinin bulyonun tərkibində olan peptidlər ürək əzələsini möhkəmləndirir və bərpa edir, qanda xolesterini azaldır.

Toyuq bulyonu B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər mübadilə proseslərdə iştirak edir, sinir sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, qanın tərkibini yaxşılaşdırır.

Toyuq bulyonu həzm sisteminə də müsbət təsir edir - mədə və 12 barmaq bağırsağın fəaliyyətini stimullaşdırır. Bu xüsusilə mədəsi "tənbəl" olan kişilər üçün vacibdir.

Lakin pankreatit, mədə xorası və qastrit kimi xəstəliklərin kəskinləşmə dövründə, qara ciyərin xəstəlikləri zamanı bulyondan imtina etmək lazımdır.

Bundan əlavə toyuq bulyonu və toyuq əti allergiyadan əziyyət çəkən kişilərə ziyan gətirə bilər.

Bütün digər qrup kişilərə isə toyuq bulyonu yalnız fayda gətirə bilər.

Soyuqdəymə və virus xəstəlikləri zamanı bulyon xüsusilə xeyirlidir. Xəstəlik zamanı iştaha kəskin azalır, orqanizm heç bir qidanı (xüsusilə ağır qidaları) qəbul etmək istəmir. Bu yüngül qida isə asanlıqla mənimsənilir və xəstəliklə mübarizə etmək üçün orqanizmə lazım olan qüvvəti verir.

Toyuq bulyonundan fayda almaq üçün onu düzgün bişirmək lazımdır. Bunun üçün ət piylərdən və dəridən təmizlənir. Toyuq əti və sümümklər qazana qoyulur, üzərinə soyuq su tökülür. Su 10-15 dəqiqə qaynadıqdan sonra toyuq əti bulyondan çıxarılır, bulyon atılır, ətin üzərinə isə təkrar soyuq su əlavə olunur. Bulyon yüngül odda, bağlı qabda, ət hazır olana kimi bişirilir (təxminən 30-40 dəqiqə ərzində). Sonra bulyon 4 qat qatlanmış tənzifdən süzülür, ora xırda doğranmış cəfəri (və ya şüyüd) və lazım olduqda sarımsaq əlavə olunur (duz əlavə etmək lazım deyil).

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.