Məşq edən bəylərimiz üçün axşam yeməyi

Məşq edən kişilər, məşq zamanı daha çox kalori itirirlər. Əlbətdə ki, bu kalorini bərpa etmək lazımdır. Lakin sağlam yolla. Bunu nəzərə alaraq biz sizə özünüzün hazırlaya biləcəyi çox faydalı bir yemək təqdim edəcəyik.

Lazım olan ərazqlar :

1 qutu sardina balığının konservi

1 ədəd incə dilimlənmiş yaşıl soğan

1 x/q incə doğranmış cəfəri

2 diş sərimsaq

4 ədəd yumurta

Acı sous

Hazırlanması :

İlk olaraq sobanı 260 dərəcədə yaxşıca qızdırın. Daha sonra bir qaba konservanı, cəfərini, sarımsaq və yaşıl soğanı əlavə edin və yaxşıca qarışdırın. Sonra qarışığı sobaya yerləşdirin. 6 dəqiqədən sonra sobanı açaraq yumurtaları və acılı sousu da əlavə edərək yenə qarışığı sobaya yerləşdirin. 5 dəqiqədən sonra isə yemək artıq hazırdır. Onu süfrəyə servis edərək yeyə bilərsiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.