Qibson 1857-ci ildə lüğət üzərində çalışmağa başlayan professor Ceyms Murreyi, Penn isə lüğətin əsas müəlliflərindən biri ruhi xəstə cinayətkarları üçün klinikanın pasienti olan doktor Uilyam Maynoru oynayacaq.

Britaniyalı yazıçı Saymon Einçesterin "Kroutorn cərrahı" romanı 1998-ci ildə çıxıb, demək olar, elə həmin zamanlarda Qibson dərhal ekranlaşdırmaya hüquqları əldə edib. ABŞ-da əsəri "Professor və dəli: qətl, dəlilik və Oksford lüğətinin yaradılması hekayəsi" adı altında çap etdilər.

İlkin olaraq, Qibson filmin rejissoru olmağı planlaşdırırdı, ancaq yekunda bu rolu üzərinə daha çox ssenarist kimi tanınan Fərhad Safiniya götürdü. Çəkilişlər oktyabr ayında başlayacaq.