İkinci yeri "Zəifin gündəliyi" bestsellerinin müəllifi Ceff Kinni (19,5 milyon dollar), üçüncü yeri isə Harri Potter barədə kitabların müəllifi Coan Roulinq (19 milyon dollar) tutub.

Siyahıda dördüncü yerdə Hollivudda ekranlaşdırılan bir çox kitabların müəllifi Con Qrişem (18 milyon dollar) qərarlaşıb.
Beşinci pillədə isə Stiven Kinqdir. Onun gəlirləri 15 milyon dollardır.

Reytinqi "Kod da Vinçi"nin müəllifi Den Breaun, Persi Cekson barədə romanlar seriyasının müəllifi Rik Riordan və "Buz və alov mahnısı" saqasının müəllifi Corc Martin qapadır. Onlar isə hər biri 9,5 milyon dollar qazanıblar.