Alt paltarları ilə bağlı bilmədən etdiyiniz 5 səhv

Alt paltarlarınızın illər boyunca təmiz və rahat qalmasını necə təmin edərsiniz?

Alt paltarı almaq o qədər də mürəkkəb bir iş deyil.  Xoşunuza gələn bir alt paltar taparsınız, bir miqdar pul ödəyərsiniz və uzun müddət geyinərsiniz.

Yenə də alt paltarlarınıza diqqət göstərməlisiniz. Alt paltarları ilə bağlı bilmədən etdiyiniz 5 səhvi biz sizə bildirəcəyik.

1) Alt paltarını yumadan əvvəl təkrar geyinirsiniz

Maraqlı bir statistika: New York Universitetində klinik mikrobiologiya direktoru Dr. Philip Tiernoya görə ortalama bir alt paltarı 1 qram arası nəcis saxlayır.

Buna görə də alt paltarlarını bir dəfə istifadədən sonra yüksək temperaturda yuyun.

2) Alt paltarlarını səhv qurudursunuz

Paltaryuyanların istiliyi daxili paltarların elastik quruluşunu pozur və boşalmasına səbəb olur. Yüksək istilikdə qurutmaq yerinə, parçaya daha sakit davranacaq istilikləri seçim edin.

3) Yanlış rəng seçirsiniz

Hər paltarda olduğu kimi ağ rəng alt paltarı da ləkəni tez göstərir. Tünd rəngləri seçmək həm ləkə göstərməməsi baxımından, həm də daha uzun müddət rəngi solmayacağı üçün doğru olacaq.

4) Dar alt paltarları seçimi

Bunların zamanı çoxdan keçib. Qəşəng görünüşlü alt paltarlarını seçim edin. Çünki dar alt paltarları bədənə ziyanlıdır. İsti aylarda onlar qəti məsləhət görülmür.

5) Yanlış parçanı seçirsiniz

Alt paltarı almadan əvvəl etikettəki materialı göz gəzdirin. Pambıqdan olan alt paltarları həm bədəninizin nəfəs almasını təmin edir, həm də yüngüldür. Sintetika tərkibli alt paltarlardan uzaq durun, çünki alt paltarlarının təri paltarlarınıza keçəcək. Bu həm pis qoxulara, həm də istənməyən infeksiyalara səbəb ola bilər.

Şərhini yaz