Apple Music artıq Android-də

Ən böyük rəqibi Spotify ilə yarışa bilmək üçün bundan tam olaraq 10 ay əvvəl Android istifadəçiləri üçün istifadəyə verilmiş Apple Music, 10 ay ərzində beta versiyada qaldı. Bir çox yenilənməyə məruz qalan, dəyişən amma beta versiyadan heç bir halda çıxa bilməyən Apple Music, bu gün edilən böyük yenilənmə ilə birlikdə 1.0 versiyasına keçid etdiyini və rəsmi olaraq beta versiyasından çıxdığını açıqladı.
Gündən-günə inkişaf edən Apple Music, bəyənə biləcəyiniz musiqi dinləmə tətbiqlərindən biridir. Tətbiqi, Apple-ın 3 ay ödənişsiz istifadə təklifi bitmədən istifadə etməyinizi məsləhət görürük.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.