Bu avtomobili Elvis Almaniya ərazisində orduda qulluğu zamanı əldə edib və hərbi xidmətdən sonra maşını özü ilə Amerikaya aparıb. 2 il sonra ifaçı avtomobili Nyu-Yorkda satıb, yeni sahibi isə onu yarışlarda iştirak üçün dəyişib.

Bərpa zamanı standart 3,2 litrlik motoru Chrysler-dən 8 silindrli mühərriklə əvəz edib. BMW mütəxəssisləri orijinal motoru avtomobilə geri qaytarıblar və avtomobili doğma rənginə - ağ rəngə boyayıblar. Maşını avtomobilin 1968-ci ildən bəri aid olduğu kolleksioner Cek Kastorun xatirəsinə toplayıblar.

Tamamilə bərpa olunmuş rodster ilk dəfə olaraq Kaliforniya ştatında, Pebbl-Biçdə Concours d'Elegance avtomobil sərgisində təqdim olunub.