İsveçrənin Herzog & de Meuron memarlıq bürosunun layihəsi əsasında tikilən Elba filarmoniyasının binasına 3 konsert zalı, mehmanxana, 45 şəxsi apartament, restoran və mağaza daxildir. Eləcə də binanın strukturunda ictimai baxış meydançası yerləşəcək. Elba filarmoniyasının yerləşəcəyi hissənin ərazisi 10 540 kv. metr təşkil edir. Binanın ümumi ərazisi 120 380 kv. metr, binaların sayı isə 26-dır. Filarmoniyanın diqqət cəlb edən xüsusiyyəti binanın forması və 1100 ayrıca paneldən ibarət şüşə fasaddır.

Unikal akustika sistemli 3 konsert zalından biri çay üzərində 50 metr yüksəklikdə 2150 musiqi həvəskarını özündə yerləşdirə bilir. Fasad pəncərələrin əksəriyyəti kiçik boz əks etdirən nöqtələrlə örtülüb. Onlar obyektin qızmasının qarşısını almaq və sayrışan effekt yaratmaq üçündür.

Filarmoniyanın açılışı 11 yanvar 2017-ci ildə baş tutacaq.