Yeni qacet çətiri yağışdan müdafiə vasitəsi olaraq ilk dəfə istifadə edən 18-ci əsrdən olan ixtiraçı Conas Henveyin şərəfinə "Jonas" adlandırılıb. "Ağıllı" çətir siz evdən çıxanda bayırda havanın necə olduğunu deyəcək. Küçədə yağış yağırsa, sahibi isə çətirsiz getməyə hazırlaşırsa, o, telefona siqnallar göndərərək və rəngli işıq axını yaradaraq, özünü xatırladacaq.

"Jonas" çətirini eyniadlı mobil proqram əlavəsi də dəstəkləyir. Buna görə də qacet telefonla sinxronizasiya edərək, onlayn rejimdə Yahoo!Weather-dən hava proqnozunu göndərir. Bundan əlavə, "Jonas" itmiş telefonu tapmağa kömək edəcək. Çətiri silkələməyə başlasanız, smartfon vibrasiya etməyə başlayacaq. Çətirin qiyməti 105 ABŞ dollarıdır.