"Limited Edition Brooks Bicycle" modeli "Brooks" şirkətinin 150 illiyi münasibətilə yaradılıb. "Tokyobike" bu işə yapon yarışları üçün velosiped hazırlanması ilə məşğul olan məşhur usta Osama Fukudanı cəlb edib. Velosipedin raması Fukuda tərəfindən əl işi ilə xrom axıntıdan hazırlanıb və bej-qırmızı rəngə boyanıb. Bəzi detallar, o cümlədən bənd və pedallar bürüncdən hazırlanıb. Bundan əlavə, velosiped "Brooks Swift" yəhəri və dəri tutacaqla təchiz edilib. Hər bir modelin qiyməti 3 min dollardır.